Seçki komissiyalarına xəbərdarlıq edildi

Seçki komissiyalarına xəbərdarlıq edildi
  08 Yanvar 2020    Oxunub:2929
Mərkəzi Seçki Komissiyasına daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, əgər hansısa müraciət onlara daxil olubsa, bunun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir: "MSK çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq. Heç bir seçki komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır. Əgər hər hansı bir məsələ ilə bağlı çətinlik olarsa, bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilməlidir və Mərkəzi Seçki Komissiyası məsələnin aradan qaldırılması üçün lazımi addımları atacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti