Anar Quliyev: “Yeni şəhərsalma layihələri icra olunur”

  08 Yanvar 2020    Oxunub : 1323
 Anar Quliyev: “Yeni şəhərsalma layihələri icra olunur”
"Son müddət ərzində Sizin təşəbbüsünüz və böyük dəstəyinizlə ölkəmizdə şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirilir. Qəbul etdiyiniz qərarlara, verdiyiniz tapşırıq və göstərişlərə uyğun olaraq, institusional dəyişiklik, quruculuq işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə öyrənilərək tətbiq edilir, dövlət idarəçiliyinin səmərəliliyi artırılır, yeni şəhərsalma layihələri icra olunur".
Azvision.az xəbər verir ki, bunu Anar Quliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevin qəbulunda deyib.

"Şəhərsalma fəaliyyətinin təşkili Sizin hər zaman xüsusi diqqət mərkəzində saxladığınız məsələlərdən biridir. Şəhərsalma proseslərinin planlı, sistemli, qanunvericiliyin tələblərinə uyğun təşkili Komitə qarşısında qoyduğunuz başlıca vəzifələrdəndir. Həmkarlarımla birgə gündəlik işimizdə bu prinsipləri rəhbər tutmağa çalışırıq. Mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Öz növbəmdə, rəhbərliyinizlə Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinə uyğun olaraq, paytaxt Bakı və digər şəhərlərimizdə rahat, sağlam, təhlükəsiz həyat şəraitinin təmin olunması üçün əlimdən gələni əsirgəməyəcəyimə, Komitənin bu məqsədlə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlığını davam etdirəcəyinə söz verirəm", - deyə komitənin yeni sədri bildirib.

Azvision.az

Teqlər: Komitə   AnarQuliyev