Narkotacirlərə qarşı əməliyyat keçirildi - FOTOLAR

 Narkotacirlərə qarşı əməliyyat keçirildi -  FOTOLAR
  08 Yanvar 2020    Oxunub:2230
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş İdarəyə Abşeron rayonu Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib. X.Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.



Qeyd edək ki, Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı ümumilikdə 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddər dövriyyədən çıxarılıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.





Azvision.az


Teqlər: Əməliyyat   Narkotik  





Xəbər lenti