Əlillərin internetdən istifadəsi üçün tələblər müəyyənləşib

  08 Yanvar 2020    Oxunub : 1744
 Əlillərin internetdən istifadəsi üçün tələblər müəyyənləşib
Baş Nazir Əli Əsədov “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumat görə, qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır.

Qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən istifadəsi üçün imkanların yaradılması məqsədilə dövlət orqanları qarşısında tələbləri müəyyən edir.

Dəyişikliklərə əsasən, əlilliyi olan şəxslərin İnternet informasiya ehtiyatlarından rahat istifadəsi üçün dövlət orqanları qarşısında qoyulan tələblər aşağıdakılardır:

- mətn olmayan məzmun üçün mətn alternativlərindən istifadə olunmalı, audio və videoməzmunlar üçün transkript, altyazılar yerləşdirilməlidir. Həmçinin şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir.

- mətni oxumaq və istifadə etmək üçün kifayət qədər vaxtın ayrılması və mətnin aydın, ardıcıl olması təmin edilməlidir;

- mətnlərin oxunaqlı olmasına diqqət edilməli, başa düşülən dildən (üslubdan) və böyük şriftlərdən istifadə olunmalıdır.

Bu qərar əlilliyi olan şəxslərin internet informasiya ehtiyatlarından faydalanma imkanlarını genişləndirərək, onların həmin resurslardan sərbəst, maneəsiz istifadə etmələrinə şərait yaradacaqdır.

Sözügedən qərarda əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə həmin şəxslər üçün informasiyanın əlçatanlığı, etibarlılığı, idarə ediləbilən və anlaşılan olması təmin ediləcəkdir.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti