Deputat olmaq istəyənlərin nəzərinə! - 1 gün qaldı

Deputat olmaq istəyənlərin nəzərinə! -    1 gün qaldı
  09 Yanvar 2020    Oxunub:3173
Sabah saat 18:00-da deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatacaq.

Azvision.az xəbər verir ki, yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib. Onlardan 2149 nəfəri imza vərəqələrini götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MSK   Seçki   Namizəd  





Xəbər lenti