Quba sakinindən qanunsuz tüfəng götürülüb

Quba sakinindən qanunsuz tüfəng götürülüb
  09 Yanvar 2020    Oxunub:2742
Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.



PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Azvision.az



Teqlər: DİN   Quba   Tüfəng  





Xəbər lenti