Evlənməyə hazırlaşırdılar, qorxulu xəstəliklər üzə çıxdı - 4 ilin statistikası

Evlənməyə hazırlaşırdılar, qorxulu xəstəliklər üzə çıxdı - 4 ilin statistikası
  09 Yanvar 2020    Oxunub:6853
“2019-cu il ərzində evlənmək istəyən 135 551 nəfər müayinədən keçib. Onlardan 3 658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə QİÇS aşkarlanıb".
Bu barədə Azvision.az -a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 46 olub:

“Ümumilikdə 2015-ci ildən indiyədək 635 364 nəfər müayinədən keçib. Onlardan 21 893 nəfərdə talassemiya daşıyıcılığı, 2 109 nəfərdə sifilis, 605 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 235 olub".

Aytən Zəhra
Azvision.az



Teqlər: QİÇS   Siflis  





Xəbər lenti