Milli Qəhrəmanın doğum günüdür

  09 Yanvar 2020    Oxunub : 1473
Milli Qəhrəmanın doğum günüdür
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, 1992-ci ildə leytenant rütbəsində Daxili Qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub.

1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla şəhid olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq var.

Azvision.az

Teqlər: MilliQəhrəman   MətləbQuliyev