DYP-dən Badamdardakı sürüşmə ilə bağlı müraciət

   DYP-dən Badamdardakı sürüşmə ilə bağlı müraciət
  09 Yanvar 2020    Oxunub:3342
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Azvision.az -a idarədən məlumat verilib. Bildirilib ki, sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi "Azneft" dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şossesində torpaq sürüşməsi olub və yol bağlanıb.

Azvision.az


Teqlər: DYP   Müraciət   Sürücü  





Xəbər lenti