İranda daha bir faciə: 20 ölü, 23 yaralı

 İranda daha bir faciə:  20 ölü, 23 yaralı
  09 Yanvar 2020    Oxunub:2985
İranın Mazandaran əyalətində sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər ölüb, 23 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Tehran-Kunbed istiqamətində hərəkət edən avtobus Mazandaran əyalətinin Duab şəhərində aşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İranda il ərzində təxminən 20 min nəfər yol qəzalarında həyatını itirir. Qəzaların əsas səbəbi həddindən artıq sürət, ötmə əməliyyatı və avtomobili yorğun şəkildə idarə etməkdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran  





Xəbər lenti