BMTM-in mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, görüşlərdə ölkəmizin yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dalıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirilməsi nəzərdə tutulan proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev, həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına məlumat verib.
Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədilə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma memorandumları imzalanıb.
Azvision.az