Bir həftə əvvəl piyadanı vurub qaçan sürücü tapıldı

Bir həftə əvvəl piyadanı vurub qaçan sürücü tapıldı
  09 Yanvar 2020    Oxunub:2318
Sumqayıtda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti