Yardımlı sakinindən yarım kiloqram heroin götürülüb

Yardımlı sakinindən yarım kiloqram heroin götürülüb
  09 Yanvar 2020    Oxunub:2659
Yardımlı sakini narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlikli kənd sakini, əvvəllər məhkum olunmuş Z.İbayevdən 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi A.Həşimov da saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Yardımlı   Narkotik  





Xəbər lenti