Badamdarda sürüşmə ərazisinə baxış keçirilib - FOTO

Badamdarda sürüşmə ərazisinə baxış keçirilib -  FOTO
  09 Yanvar 2020    Oxunub:3011
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş vermiş sürüşmə ərazinə baxış keçiriblər.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparıb. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanıb



Aytən Zəhra
Azvision.az




Teqlər: Badamdar   Sürüşmə  





Xəbər lenti