Azər Maqsudov hazırda bülletendədir - Açıqlama

  Azər Maqsudov hazırda bülletendədir -    Açıqlama
  09 Yanvar 2020    Oxunub:6361
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov hazırda bülletendədir.
Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, A.Maqsudovun səhhətində problem yaranması və harada müalicə alması ilə bağlı sualları baş toksikoloq işə çıxdıqdan sonra özü cavablandıra bilər.

Qeyd edək ki, bu gün yerli mətbuatda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun müalicə almaq üçün xarici ölkəyə getməsi barədə məlumat yayılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: AzərMaqsudov  





Xəbər lenti