ATƏT-in sədri: “Münaqişələrin həlli prioritet olacaq”

 ATƏT-in sədri:  “Münaqişələrin həlli prioritet olacaq”
  09 Yanvar 2020    Oxunub:3320
ATƏT regionunda mövcud münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması bizim quruma sədrliyimiz dövründə gündəlikdə duran əsas məsələlərdən birini təşkil edəcək.
Azvision.az xəbər verir ki, bunu ATƏT-ə sədrliyə başlamış Albaniyanın Baş Naziri, Avropa və xarici işlər naziri Edi Rama ölkəsinin sədrliyini prioritetlərini təqdim edərkən bildirib.

O deyib ki, Ukrayna münaqişəsi Avropada aktual təhlükəsizlik problemi olaraq qalır. E.Rama əlavə edib ki, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəklər.

Onun sözlərinə görə, üzv ölkələr öhdəlikləri birlikdə yerinə yetirməlidir: “Bu vacibdir. Biz əlimizdə olan dəyərli alətlərin ətrafında birləşməliyik. Məsuliyyətimiz 57 ölkə arasında bölüşdürülür. Ümumi yanaşma olmadan ortaq bir gündəliyi inkişaf etdirmək mümkün deyil”.

Baş Nazir prioritetlərdən biri kimi dialoq yolu ilə qarşılıqlı anlaşmanın qurulmasını qeyd edib: “Bu gün bir sıra çağırışlar mövcuddur. Beynəlxalq təşkilatlar, cəmiyyətlərimizlə, Aralıq dənizi və Asiya tərəfdaşlarımızla dialoq, qurulması, həmçinin parlament diplomatiyasının aparılması önəmlidir”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ATƏT  





Xəbər lenti