Zaur Əliyev xəstəxanaları yoxladı - FOTO

Zaur Əliyev xəstəxanaları yoxladı -    FOTO
  09 Yanvar 2020    Oxunub:5644
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq edildiyi ərazilərdə səfərdə olub.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələdə yerləşən tibb müəssisələrində olan sədr icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərlə yerində tanış olub.



Z.Əliyev sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibb müəssisələrinin təchizatı və avadanlıqların vəziyyəti ilə maraqlanıb, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verib.




Azvision.az


Teqlər: Tibbi-Sığorta  





Xəbər lenti