Miqrasiya Xidmətinin rəisi Çin səfiri ilə görüşüb - FOTO

  09 Yanvar 2020    Oxunub : 1503
Miqrasiya Xidmətinin rəisi Çin səfiri ilə görüşüb - FOTO
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.
Azvision.az xəbər verir ki, Xidmət rəisi Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini söyləyib.

Vüsal Hüseynov Azərbaycanın miqrasiya siyasəti, əcnəbilər üçün hər cür şəraitin yaradılması üçün ölkədə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən səfir miqrasiya sahəsində görülən işlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə təcrübə mübadiləsinin önəmini diqqətə çatdırıb. Həmçinin ikitərəfli münasibətlərin bundan sonra da genişləndirilməsinə dəstək olacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Azvision.az

Teqlər: DMX   Miqrasiya-Xidməti