40 KİV orqanı ödənişli təşviqata qoşulub

  09 Yanvar 2020    Oxunub : 1329
40 KİV orqanı ödənişli təşviqata qoşulub
Mərkəzi Seçki Komissiyası (MSK) ödənişli seçkiqabağı təşviqata qoşulmuş KİV-lərin siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, 30 agentlik və xəbər saytı, 9 qəzet, bir telekanal (İctimai TV) seçkiqabağı təşviqatda iştirak etmək üçün MSK-da qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar yanvarın 17-dən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. Təbliğat-təşviqat kampaniyası səsvermənin başlamasına 24 saat qalmış dayandırılacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MSK   Təşviqat   Təbliğat