Bayram günlərində ölkəmizə gələnlərin sayında ciddi artım olub

Bayram günlərində ölkəmizə gələnlərin sayında ciddi artım olub
  09 Yanvar 2020    Oxunub:1926
Bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən gömrük orqanları şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub. Belə ki, bu müddət ərzində ümumilikdə 537 min 224 şəxs və 44 min 21 yüngül minik nəqliyyat vasitəsi ölkənin gömrük sərhədindən keçib. Bu da gün ərzində 53 mindən çox sərnişin, 4400-dən artıq minik avtomobili deməkdir.

Bütün gömrük nəzarəti tədbirləri qanunvericiliyə uyğun, eyni zamanda, şəxslərin rahatlığını və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirilib. Beynəlxalq praktika da nəzərə alındıqda qısa müddət ərzində bu həcmdə sərnişin və nəqliyyat axınının, bəzi istisnalar xaric, idarə edilməsi onu deməyə əsas verir ki, gömrük orqanları üzərinə düşən vəzifəni uğurla yerinə yetirib.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti