“Bəzi şəxslər təxribat xarakterli addımlar ata bilər” - MSK sədri

“Bəzi şəxslər təxribat xarakterli addımlar ata bilər” -  MSK sədri
  09 Yanvar 2020    Oxunub:2748
Bütün dairə seçki komissiyaları sabah saat 18:00-a kimi sənədləri qəbul etməlidir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Müraciət edən insanın kimliyindən asılı olmayaraq, fiziki imkanları çatmaz ki, bütün lazımı addımları atsın və sabah saat 18:00-a kimi sənədləri DSK-lara çatdırsın. Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli addımlar ata bilər və seçkiyə kölgə sala bilər”, - deyə MSK sədri vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti