BMT-nin bazası bombalanıb: Sülhməramlılar yaralanıb

BMT-nin bazası bombalanıb:    Sülhməramlılar yaralanıb
  09 Yanvar 2020    Oxunub:2370
Malidəki hərbi bazaya edilən raket hücumu nəticəsində 20 nəfər, o cümlədən BMT sülhməramlıları yaralanıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin yerli nümayəndəsi Oliver Saldaqo məlumat verib. Raket hücumu ölkənin şimal-şərqindəki Tesalit kəndində yerləşən hərbi bazaya edilib.

Bazada BMT sülhməramlıları ilə yanaşı Fransa və Malinin də hərbçiləri olub. BMT nümayəndəsinin sözlərinə görə, 6 sülhməramlının vəziyyəti ağırdır.


Azvision.az


Teqlər: BMT  





Xəbər lenti