"Ayın 17-dən əvvəl təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir” - MSK

 "Ayın 17-dən əvvəl təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir” -    MSK
  09 Yanvar 2020    Oxunub:3630
"Seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsininin tələblərinə ziddir".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələr bugünkü həyatımızı əhatə edir: "Hesab edirəm ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır. Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti