689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

 689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  09 Yanvar 2020    Oxunub:2832
"2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2193 nəfəri imza vərəqələrini götürüb. Geri qaytaranların sayı 1255 nəfərdir. 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

M.Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 227 nəfəri 20 siyasi partiyanın siyahısında olan şəxslərdir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti