831 nəfər könüllü olaraq Azərbaycana qayıdıb

   831 nəfər könüllü olaraq Azərbaycana qayıdıb
  09 Yanvar 2020    Oxunub:1973
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) könüllü qayıdışa yardım və reinteqrasiya layihələri çərçivəsində ötən il Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin edib.
BMqT Azərbaycan nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, könüllü geri qayıdanların 460-sı Almaniyanın, 264-ü Niderlandın, 27-si Latviyanın, 16-sı Türkiyənin, 13-ü Avstriyanın, 10-u Gürcüstanın, 9-u Belçikanın, 8-i Litvanın, 7-si Polşanın, 6-sı İsveçrənin, 4-ü Macarıstanın, 3-ü Finlandiyanın, 2-si İrlandiyanın, 1-i Çexiyanın və 1-si Bosniya və Herseqovinanın payına düşür.

Azvision.az



Teqlər:





Xəbər lenti