Seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
  09 Yanvar 2020    Oxunub:2566
Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Komissiyanın 5 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər seçki prosesinin iştirakçısı olan maraqlı subyektlərin və səlahiyyətli nümayəndələrin iştirakı ilə Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsi zamanı namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilib və namizədliyi siyasi partiya tərəfindən irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınıb.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti