Deputatlığa namizədlərə verilən vaxt bu gün başa çatır

  10 Yanvar 2020    Oxunub : 3244
 Deputatlığa namizədlərə verilən vaxt bu gün başa çatır
Bu gün saat 18:00-da deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatacaq.

Azvision.az xəbər verir ki, yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 namizəd müraciət edib. Müraciət edən şəxslərdən 2305 nəfərin namizədliyi təsdiq olunub. Onlardan 2193 nəfəri imza vərəqələrini götürüb. Geri qaytaranların sayı 1255 nəfərdir. 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınan şəxslərin 227 nəfəri 20 siyasi partiyanın siyahısında olan şəxslərdir.

Azvision.az

Teqlər: MSK   Seçki   Namizəd