Britaniya parlamenti Brexit sazişini təsdiqləyib

  Britaniya parlamenti Brexit sazişini təsdiqləyib
  10 Yanvar 2020    Oxunub:3419
Böyük Britaniya parlamentinin İcmalar Palatası Brexit sazişini təsdiqləyib.
Azvision.az xəbər verir ki, 330 nəfər sazişin lehinə, 231 nəfər əleyhinə səs verib. Razılaşma gələn həftə Lordlar Palatasında müzakirəyə çıxarılacaq.

Müqavilə Lordlar Palatasından keçdiyi təqdirdə, Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minəcək. Lordlar Palatası razılaşma mətninə hər hansı dəyişiklik edərsə, müqavilə yenidən səsvermə üçün İcmalar Palatasına göndəriləcək.

Qeyd edək ki, İcmalar Palatası tərəfindən təsdiqlənən razılaşma Britaniyanın Avropa İttifaqından çıxmasından sonra nəzərdə tutulan 11 aylıq keçid dövründə gömrük ittifaqının davam etdirilməsini və Avropa İttifaqı ölkələrinin mövcud hüquqlarının qorunmasını nəzərdə tutur.

Azvision.az



Teqlər: Britaniya   Brexit  





Xəbər lenti