Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO

  10 Yanvar 2020    Oxunub : 2236
 Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO
Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin dekabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 28 milyon 303 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 387 min 800 manat olmuş, cəmi 2 milyon 451 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 102,7 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Təbiiqaz   Energetika