Azərbaycanın sürüşmə zonaları - Hazırda aktivlik müşahidə edilir

  10 Yanvar 2020    Oxunub : 1952
 Azərbaycanın sürüşmə zonaları - Hazırda aktivlik müşahidə edilir
Payız-qış mövsümündə atmosfer çöküntülərinin artması nəticəsində sürüşməyə meyilli ərazilərdə müəyyən gərginlik, aktivlik müşahidə olunur.

Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda Zığ, Zəli gölü, Nübar qəsəbəblərindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur:

“Ciddi təhlükə yoxdur. Onlar yeni yaranmış sürüşmə sahələri deyil. Köhnə sürüşmə sahələridir. Zaman-zaman həmişə aktivləşmə olub və bu gün də hiss olunur. Regionlarda sürüşməyə meyilli ərazilər əsasən cənub bölgəsində çoxdur. Müəyyən lokal tipli uçqunlar, çökmələr baş verir. Bunlar da ciddi təhlükə deyil, təbiətdə həmişə olan hadisələrdir. Bununla yanaşı, Şamaxı, İsmayıllı, Ağsu rayonlarındakı sürüşməyə meyilli ərazilərdə də hazırda mövsümlə əlaqədar aktivlik müşahidə olunur”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Sürüşmə