“Münaqişə Ermənistan üçün yaxşı heç nə vəd etmir” - ​ Fransalı professor

  “Münaqişə Ermənistan üçün yaxşı heç nə vəd etmir” - ​   Fransalı professor
  10 Yanvar 2020    Oxunub:3193
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionun heç bir ölkəsinə, xüsusilə də Ermənistana yaxşı heç nə vəd etmir.
Azvision.az xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Fransanın Sorbon Universitetinin professoru Ksavye Rişe söyləyib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransada qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşündə iştirak etmiş Ksavye Rişe Azərbaycanın Cənubi Qafqazdakı yeri, Fransa, eləcə də Avropa İttifaqı ilə münasibətlərinə dair bir çox mühüm məsələlər ətrafında müzakirələr aparıldığını vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara da cavab tapdıqlarını qeyd edib.

“Həmin görüşdə belə bir sual səsləndirildi və bu sualın cavabı mənə də maraqlı oldu. Dağlıq Qarabağ münaqişəsi ilə Ermənistan nəyə nail olub? Cavab belə oldu ki, heç nəyə. Düşünürəm ki, münaqişənin həlli ilə məşğul olan həmsədrlər səylərini artırmalıdırlar. İşğala son qoyulmalı, münaqişə sülh yolu ilə həll edilməlidir. Dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı söylənilən fikirlər də çox önəmli idi”, - deyə professor bildirib.

Azvision.az



Teqlər: Fransa   Qarabağ  





Xəbər lenti