“Soyadımı dəyişsəm də, Təbriz başımın tacıdır” - Şəhid pilotun xanımı

  10 Yanvar 2020    Oxunub : 74704
 “Soyadımı dəyişsəm də, Təbriz başımın tacıdır” - Şəhid pilotun xanımı
“Təbriz mənim başımın tacıdır. Çox heyif ki, onun soyadını daşımağa imkan vermədilər. Evi, maşını, torpağı əlimdən aldıqları kimi soyadımı da onlara verdim”
Bunu Azvision.az -a açıqlamasında Aprel şəhidi, pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə qaynanası Tovuz Musazadənin onunla bağlı ittihamlarına münasibət bildirərkən deyib.

“Təbrizin soyadından imtina etmişəm demək pis çıxır. Sadəcə ata soyadıma geri qayıtmışam. Tovuz xanım deyir ki, mən Musazadə soyadından istifadə edirəm. Şəhid xanımı kimi mənə imtiyaz verilmir. İki övladıma və Tovuz xanımın özünə verilir. Mən özüm təqaüd almıram. Çünki Azərbaycan qanunvericiliyində göstərilir ki, uşaq 8 yaşına qədər azyaşlı sayılır. 8 yaşı tamam olandan sonra anaya imtiyaz verilmir. Sadəcə uşağın 18 yaşına qədər olan təqaüdü verilir. Təbrizin soyadını daşımaq mənim üçün şərəf idi. Amma anası belə açıqlamalar verəndən sonra məcbur qaldım. Heç istəməzdim belə olsun. Bundan sonra şərəfimə, ləyaqətimə nəisə desələr, aidiyyatı orqanlar tərəfindən tədbir görüləcək. Tovuz xanım və onun ətrafındakılar işlərini bilsinlər. Hamı əmin olsun ki, şərəflə Təbriz Musazadənin övladlarına analıq edirəm”.



Bundan əlavə, Pərişan xanım uşaqlarının nənələri ilə görüşmək istəmədiklərini söyləyib: “Etdiklərindən sonra uşaqlarla belə nənənin görüşü mümkün deyil. Bunu övladlarım istəmir. Mənim onlara söz deməyimə ehtiyac yoxdur. Özlərini övladlarıma sübut etdilər. Uşaqlar hər şeyi gördü. Bundan sonra heç nə dəyişməyəcək”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şəhid   Pilot