AQTA "quş qripi" ilə bağlı monitorinqlərə başlayır

  10 Yanvar 2020    Oxunub : 1354
AQTA "quş qripi" ilə bağlı monitorinqlərə başlayır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 13–17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, SalyanLənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, LənkəranAğcabədi rayonlarındakı sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: AQTA