Məcburi köçkünün ev məsələsinə aydınlıq gətirildi

Məcburi köçkünün ev məsələsinə aydınlıq gətirildi
  10 Yanvar 2020    Oxunub:3402
"Özünü internet və sosial media nümayəndəsi kimi təqdim edən bir neçə şəxs yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağında videoçəkilişlər apararaq, burada olan vətəndaşları danışdırıb, onların müraciətlərini qeydə alıblar".
Qurumdan Azvision.az -a verilən məlumata görə, bu zama Mətbuat xidmətinin səlahiyyətli nümayəndəsi vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar müvafiq açıqlama verib. Lakin sonradan videoçəkilişlər həmin açıqlamalar olmadan sosial şəbəkələrdə və internet resurslarında yayımlanıb:

"Bununla əlaqədar olaraq bildirirk ki, sözügedən tarixdə şikayətçi kimi danışan vətəndaşlardan biri - Ağdam rayonundan məcburi köçkün Şərqiyyə Rəhimova oğlu Anar Rəhimovun Şirvan şəhərində yeni mənzillə təmin olunmaması barədə narazılıq edib. Dövlət Komitəsində aparılmış araşdırma nəticəsində məlum olub ki, Şirvan şəhərində Şərqiyyə Rəhimova məxsus, onun şəxsi mülkiyyətində olan yaşayış sahəsi mövcuddur, oğlu da həmin ünvanda yaşayır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhz bu normativ qayda əsas götürülərək, Anar Rəhimova Şirvan şəhərində yeni inşa olunan məhəllədə mənzil verilməyib.

Bundan başqa, məcburi köçkünlərin videoçəkilişlər zamanı qaldırdıqları digər məsələlərlə bağlı da onlara geniş izahat verilib. Ölkəmizdəki mətbuat və söz azadlığından sui-istifadə edən internet-media təmsilçilərinin vətəndaşların müraciətlərinə subyektiv yanaşmasından, qərəzsiz və obyektiv araşdırma aparmamasından, Dövlət Komitəsinin açıqlamalarına hazırladıqları videomaterialda yer verməməsində təəssüfləndiyimizi bildirir, onlara media fəaliyyətinin etik normalarına əməl etməyi tövsiyə edirik".

Azvision.az


Teqlər: Qaçqın  





Xəbər lenti