“Saray intriqaları”nın böyük ustası - Karapetyanın istefasının səbəbləri

“Saray intriqaları”nın böyük ustası -  Karapetyanın istefasının səbəbləri
  10 Yanvar 2020    Oxunub:2168
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın istefasının səbəbləri məlum olub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın Yeni il münasibətilə bağlı təbriki oxuyarkən fasilə verməsi və mətni oxumağa davam edə bilməməsi diqqətdən yayınmayıb.

Mətndə eyni cümlənin təkrar səsləndirilməsi onun səliqəli şəkildə redaktə edilməməsini göstərib. Bundan sonra Paşinyan Karapetyanı cəzalandıraraq, onu istefa məktubu yazmağa çağırıb. Həmçinin, məlum olub ki, Karapetyan bayram günlərində Moskvadakı bəzi iş adamlarına Paşinyanla çalışmaqdan bezdiyini söyləyərək, onlardan iş istəyib.

Paşinyan inqilabdan sonra gördüyü işləri cəmiyyətə təqdim edə bilmədiyi üçün Karapetyanın fəaliyyətindən narazı olub. Üstəlik, Paşinyan öz ətrafına dəfələrlə deyib ki, "Facebook"da Karapetyadan və onun bütün media resurslarından daha çox iş görür.

Bundan əlavə, Karapetyan həm də "saray intriqalarının" böyük ustası hesab olunurmuş. Belə ki, o, mövcud olmayan məlumatları baş nazirə çatdırıb, xoşlamadığı, yola getmədiyi şəxslərlə düşmənçilik apararaq, onları Koçaryanın tərəfdarı adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti