Uşaqların əsas problemləri - 5 061 müraciət edilib

Uşaqların əsas problemləri -    5 061 müraciət edilib
  10 Yanvar 2020    Oxunub:2413
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom”un dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Şirkətdən Azvision.az -a verilən məlumata görə, uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi məqsədilə yaradılan “Uşaq Qaynar Xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-i hüquqi, 2 776-ı təhsil, 247-i səhiyyə, 387-i sosial, 594-ü isə digər məsələlərə aiddir. Qeyd edək ki, il boyu mərkəzə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.

Yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən “Azercell” şirkətinin təşəbbüsü ilə 2019-cu ildə “Uşaq Qaynar Xətt” xidməti üçün 116-111 qısa nömrəsi ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə qaynar xəttin əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə “Azercell”in dəstəyi və təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin edilib.

“Uşaq Qaynar Xətt” xidməti “Azercell Telekom”un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. “Uşaq Qaynar Xətt” xidmətinə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri vasitəsilə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.

Azvision.az



Teqlər: Uşaq  





Xəbər lenti