Azərbaycanda son 5 ildə uşaqlara ən çox qoyulan adlar

 Azərbaycanda son 5 ildə uşaqlara ən çox qoyulan adlar
  10 Yanvar 2020    Oxunub:8812
Son beş il ərzində oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib.
Azvision.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, beş il ərzində 14 min 859 uşağa Yusif, 14 min 279 qız uşağına isə Zəhra adı qoyulub.

2019-cu ildə isə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad il ərzində 2464 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) tutur.

Ötən il qız uşaqlarına ən çox Zəhra adı verilib (2468). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087) və Nilaydır (1008).

Azvision.az


Teqlər: Uşaq   Ad  





Xəbər lenti