Yol tikintisinə 17,4 milyon manat ayrılıb - Sərəncam

  10 Yanvar 2020    Oxunub : 2047
 Yol tikintisinə 17,4 milyon manat ayrılıb - Sərəncam
Prezident İlham Əliyev yanvarın 10-da “Ağsu rayonunun Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az

Teqlər: Yol   Sərəncam