Oqtay Gülalıyev yenidən əməliyyat olunub

  10 Yanvar 2020    Oxunub : 2106
 Oqtay Gülalıyev yenidən əməliyyat olunub
Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

Azvision.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.
Onun sözlərinə görə, əməliyyat 3 saatdan çox çəkib: "Həkimin sözlərinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beynin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.

Azvision.az

Teqlər: OqtayGulalıyev