Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu
  11 Yanvar 2020    Oxunub:2306
Yanvarın 8-də saat 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində yolu keçən Samux rayon sakini M.İsgəndərov naməlum avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti