İran Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf etdi

  11 Yanvar 2020    Oxunub : 3258
İran Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf etdi
Ukraynaya məxsus “Boeing 737-800” sərnişin təyyarəsi Tehran yaxınlığında təsadüfən vurulub.

Azvision.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurulub və bu, qəsdən edilməyib.
İran tərəfi Xomeyni aeroportundan havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini SEHAP-ın hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib. Məlum hadisə bu səbəbdən baş verib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan təyyarə çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. Hadisə nəticəsində 176 nəfər ölüb. Onlardan 82 nəfəri İran vətəndaşıdır.

Azvision.az

Teqlər: İran   Təyyarə