Naxçıvanda qatarla 158 min 875 sərnişin daşınıb

  11 Yanvar 2020    Oxunub : 1592
Naxçıvanda qatarla 158 min 875 sərnişin daşınıb
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Azvision.az xəbər verir ki, iclasda cəmiyyətin direktoru Mahir Əliyev 2019-cu ildə dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparıldığını, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edildiyini bildirib.

Həmin müddətdə muxtar respublika ərazisindəki tikinti təşkilatları üçün 283 min 497 ton müxtəlif təyinatlı yük daşınıb. Qatarlar vasitəsi ilə 158 min 875 sərnişin daşınıb. Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə bir ədəd yeni manevr teplovozu muxtar respublikaya gətirilib.

Azvision.az

Teqlər: Naxçıvan   Qatar   Sərnişin