Qadın keçmiş ərinin mal-qarasını oğurladı

Qadın keçmiş ərinin mal-qarasını oğurladı
  11 Yanvar 2020    Oxunub:2435
Şəmkirdə oğurluq hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti