2021-ci ilədək Orduda bütün infrastruktur yenilənəcək

2021-ci ilədək Orduda bütün infrastruktur yenilənəcək
  11 Yanvar 2020    Oxunub:3838
Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib. Nazir işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ali Baş Komandanın tapşırığına əsasən 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq.

Azvision.az


Teqlər: Müdafiənaziri   ZakirHəsənov  





Xəbər lenti