Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb

  11 Yanvar 2020    Oxunub : 3300
 Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.
DSX-dan Azvision.az -a verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Azvision.az

Teqlər: DSX