Naxçıvanda qanunu pozan 202 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunu pozan 202 əcnəbi aşkarlanıb
  11 Yanvar 2020    Oxunub:3143
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb. Onlardan 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub

Xidmətə 10613 müraciət daxil olub ki, həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır.

Cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti