Qələbə meydanında qəza olub

Qələbə meydanında qəza olub
  11 Yanvar 2020    Oxunub:2163
Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən fiber-beton üzlüklər yenisi ilə əvəzlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.



Azvision.az



Teqlər: Agentlik  





Xəbər lenti