Nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri - SİYAHI

  Nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri -    SİYAHI
  12 Yanvar 2020    Oxunub:6681
Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair qərarında bildirilib.

Bundan əlavə 9 bələdiyyədə seçkinin nəticələri ləğv edilib, 12 məntəqə seçki komissiyası buraxılıb.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 1606 bələdiyyə üzrə seçkilər keçirilib. Seçkilərdə 41462 namizəd iştirak edib. Bələdiyyə seçkilərində ölkə üzə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.



Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti