Xorvatiyada qocalar evi yanıb - Ölənlər var

  12 Yanvar 2020    Oxunub : 1579
Xorvatiyada qocalar evi yanıb - Ölənlər var
Xorvatiyanın paytaxtı Zaqrebdən 30 km aralıda yerləşən Andreşevac kəndində ölümlə nəticələnən yanğın olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qocalar evində baş verib. Yanğın nəticəsində qocalar evinin 6 sakini dünyasını dəyişib.

Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Hadisə zamanı binada 20 nəfər olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Yanğın   Qocalar-evi