İranda aksiyaya qoşulan Britaniya səfiri XİN-ə çağırıldı

İranda aksiyaya qoşulan Britaniya səfiri XİN-ə çağırıldı
  12 Yanvar 2020    Oxunub:4400
İranda raketlə vurulan Ukrayna təyyarəsində ölənlərin anım mərasiminə toplaşan tələbələr ötən gün hökumətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera da aksiyada iştirak edib.



Diplomat ictimai qaydaları pozduğuna görə saxlanılıb. Polis şöbəsinə aparılan səfirə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Məlum hadisədən sonra Britaniya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tehranın etirazı onun diqqətinə çatdırılıb.

Azvision.az



Teqlər: iran   Etiraz   Aksiya   Səfir  





Xəbər lenti